EN

Bərdədə yol qəzasında xəsarət alanların SON DURUMU

Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya verilən məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanaya yerləşdirilən pasiyentlərə dərhal zəruri tibbi xidmətlər göstərilib. Müayinələrdən sonra vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda digər 1 nəfərin (kişi) müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir. Onun da vəziyyətinin stabil olduğu bildirilir.

Bizim.Media

Chosen
65
1
bizim.media

2Sources