EN

Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR – Sabahdan…

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində avtobusların bir qismi ötən ilin oktyabrında yenilənib.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, iyunun 1-dən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilməklə ümumilikdə 16 nəqliyyat vasitəsi 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır və gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Chosen
37
13
editor.az

10Sources