EN

​"Yuventus" Kenan Yıldızı satır?

Ötən mövsüm İtaliya çempionatında uğursuz nəticə göstərən "Yuventus"un bəzi ulduz futbolçularla yollarını ayıracağı bildirilir. Metbuat.az xəbər verir ki, bu iddia ilə xarici media çıxış edib. Türkiyə mətbuatının yazdığına görə, İtaliya nəhənginin satışa çıxardığı futbolçular arasında Türkiyə yığma komandasının üzvü Kenan Yıldız da var. Hətta Avropanın bir neçə aparıcı klubunun 21 yaşlı futbolçuya elçi düşdüyü bildirilir.

"Yuventus" klubu bununla bağlı açıqlama yayıb. Klubdan heç bir şərt daxilində Kənan Yıldizın satilmayacağı bildirilib.

Chosen
74
metbuat.az

1Sources