EN

Məşhur müğənninin səhnədə halı pisləşdi - Konserti yarıda saxladı

Türkiyəli məşhur müğənni Haluk Leventin konsert zamanı halı pisləşib.

“Yeni Sabah” “Sözçü”yə istinadən xəbər verir ki, o, Tokatda səhnəyə çıxıb.

Haluk Levent mayın 20-də mədə qanaxması keçirmiş və xəstəxanaya yerləşdirilmişdi. Həkimlər sənətçiyə ən azı 15 gün dincəlməyi və konsertlərini təxirə salmağı məsləhət görüb. Lakin H.Levent buna əhəmiyyət verməyib. Dominos pizza

O, mayın 31-də Tokatda minlərlə insan qatıldığı konsertdə səhnəyə çıxıb. Bir müddət mahnılarını ifa edən sənətçinin qəfildən halı pisləşib. Bu səbəbdən konserti yarıda saxlayıb.


Telegram kanalımız
Chosen
78
4
yenisabah.az

6Sources