EN

Harri Maquayr İnter ə təklif olundu: İtalyanlar tələsmir

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mançester Yunayted"in təcrübəli müdafiəçisi Harri Maquayr karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Fanat.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, ingiltərəli mərkəz müdafiəçisi rəsmi olaraq "İnter" klubuna təklif edilib.

"Old Trafford"da yeni birillik müqavilə imzalamasına baxmayaraq, İngiltərə millisinin Dünya Çempionatı heyətindən kənarda qalan Maquayrın klubdakı gələcəyi böyük sual altındadır.

Milan təmsilçisi isə hazırda müdafiə xəttini gücləndirmək üçün daha fərqli alternativlərə üstünlük verdiyindən bu transferi prioritet hesab etmir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
fanat.az

2Sources