EN

Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota" markalı, 99-UL-717 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Qəmər Bəxtiyar qızı Hacızadəтш vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Hacızadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az
Chosen
62
2
demokrat.az

3Sources