EN

Azərbaycanda magistral yolda YANĞIN - Avtomobillərin hərəkəti çətinləşib

Hacıqabuldan Bakı istiqamətinə gedən magistral yolun kənarında güclü yanğın başlayıb.

Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.

İlkin məlumatlara görə, yanan ərazi əsasən kol-kos və quru otdan ibarətdir. Güclü külək alovun yayılmasına şərait yaradıb, nəticədə magistral yolu kəskin tüstü dumanı bürüyüb.

Hazırda yolda tüstüdən göz-gözü görmür və bu səbəbdən avtomobillərin hərəkəti ciddi şəkildə çətinləşib.

Chosen
42
2
far.az

8Sources