Dünyaca məşhur müğənni Dua Lipa və aktyor Callum Turner ailə həyatı qurublar.
Publika.az xəbər verir ki, cütlük mayın 31-də Londondakı "Old Marylebone Town Hall"da yaxınlarının iştirakı ilə keçirilən kiçik mərasimdə nikaha daxil olub.
Yayılan fotolarda Dua Lipanın məşhur moda evi "Schiaparelli" üçün Daniel Roseberry tərəfindən hazırlanan ağ rəngli kostyum-libas geyindiyi görünür. Müğənni obrazını əlcəklər, "Christian Louboutin" ayaqqabıları və Stephen Jones imzalı iri ölçülü ağ papaqla tamamlayıb.
Kallum Törner isə mərasimdə tünd göy kostyum və qalstuk seçib.