EN

"Bayern" "Bornmut"un gənc incisini radarına aldı

Almaniya nəhəngi "Bayern" hücum xəttini gənc və dinamik futbolçularla gücləndirmək üçün İngiltərə Premyer Liqasını yaxından təqib edir.

Fanat.Az "Merkur" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu "Bornmut"un 19 yaşlı istedadı Eli Junior Krupinin transfer vəziyyətini ciddi şəkildə araşdırır.

Premyer Liqadakı debüt mövsümündə 13 qol vuraraq Avropanın ən diqqətçəkən gənc ulduzlarından birinə çevrilən fransalı forvard almanların əsas hədəfidir.

Antoni Qordon üçün "Nyukasl"ın tələb etdiyi 70+10 milyon avroluq paketi ödəməkdən imtina edən "Bayern" rəhbərliyi, indi Krupi variantını ən ideal alternativ hesab edir.

Chosen
16
1
fanat.az

2Sources