EN

Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota" markalı, 99-UL-717 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Qəmər Bəxtiyar qızı Hacızadəni vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Hacızadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Trend.az)

Bizim.Media

Chosen
3
2
bizim.media

3Sources