EN

Göydən gələn təhlükə – güclü partlayışın mənbəyi müəyyənləşdi

ABŞ-nin şimal-şərq bölgəsində şənbə günü eşidilən güclü partlayış səsinin səbəbi müəyyənləşdirilib.

Musavat.com xəbər verir ki, Massaçusets ştatının şərq hissəsi, Rod-Aylend və ətraf bölgələrdə qeydə alınan hadisənin atmosferə daxil olaraq yanıb parçalanan meteorla bağlı olduğu təsdiqlənib.

Məlumata görə, meteor Massaçusets ştatının şimal-şərqi üzərində təxminən 40 mil (64 kilometr) yüksəklikdə parçalanıb. NASA-nın hesablamalarına əsasən, parçalanma zamanı ayrılan enerji təxminən 300 ton trotil ekvivalentinə bərabər olub.

Hadisə zamanı yaranan güclü səs bir sıra yaşayış məntəqələrində eşidilib və yerli sakinlər arasında narahatlıq yaradıb. NASA partlayışın məhz meteorun atmosferdə yanaraq dağılması nəticəsində baş verdiyini bildirib.

Musavat.com

Chosen
22
46
musavat.com

10Sources