EN

Moskvanın İrəvana satdığı qazın əsl qiyməti açıqlandı – rəqəmlər fərqli imiş

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan qaz qiymətləri ilə bağlı müzakirələrə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Gevorq Papoyan bildirib ki, ölkənin qazı 170 dollara aldığı barədə yayılan fikirlər reallığı əks etdirmir.

“Biz qazı 170 dollara almırıq. Son istehlakçı onu təxminən 400 dollara əldə edir. Deyirlər ki, qazı Avropaya 600 dollara, bizə isə 170 dollara satırlar. Birincisi, orada qiymət 600 deyil, daha aşağıdır, hazırda artıq 450 dollardır. İkincisi, burada qiymət, üzr istəyirəm, 170 deyil, 350 dollardır. 350 ilə 450 arasında fərq var, bəli, amma bu, 600 ilə 170 arasındakı fərq deyil”, – deyə nazir vurğulayıb.

Musavat.com

Chosen
93
musavat.com

1Sources