EN

Adi mumdan qeyri adi sənət nümunələri yaradan azərbaycanlı ustad

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dekorativ sənət ustası Nigar Mehdiyeva 9 il əvvəl fərqli ölkələrdən qəliblər sifariş etməklə müxtəlif dizaynda şamlar hazırlamağa başlayıb.

BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, ekologiya sahəsində təhsil aldığı üçün əl işlərinin forma, detal və rəng seçimində təbiətdən ilham aldığını bildirir.

Onun fikrincə, təbiət yaradıcılıq üçün ən böyük ilham mənbəyidir.

Zaman keçdikcə yalnız hazır qəliblərdən istifadə etməklə kifayətlənməyib, özü də silikon qəliblər hazırlamağa başlayıb və bu işi daha da peşəkar səviyyəyə yüksəldib.

Beləcə, bu fəaliyyət onun üçün sadəcə məhsul istehsalı deyil, eyni zamanda sənətə çevrilib. O, ətrafındakı hər bir əşyaya fərqli baxışla yanaşır və gündəlik detalları belə yaradıcılıq materialına çevirə bilir.

Nigar Mehdiyeva bu işin böyük səbir tələb etdiyini vurğulayır. Bəzən bir əl işi üzərində saatlarla, hətta günlərlə çalışmalı olur. Şamın hazırlama prosesi isə onun üçün həm də emosional rahatlama vasitəsidir.

Əl işlərində təbii xammala üstünlük verən Nigar Mehdiyeva əsasən soya mumu və bal mumundan istifadə edir.

Bununla da o, ekoloji təmiz məhsul istehsalını fərdi dizayn yanaşması ilə birləşdirərək həm vizual keyfiyyəti, həm də təbii tərkibi ilə seçilən əl işləri ərsəyə gətirir.

Dekorativ sənət ustası Nigar Mehdiyeva ilə fotoreportajı təqdim edirik:

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
1
baku.ws

2Sources