EN

Millimiz Avropa Kubokunu 5 medalla tamamladı

Ajans.az xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə daha 4 medal qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Cüdoçumuz finala gedən yolda Rumıniya, Qazaxıstan, Gürcüstan, Macarıstan və Almaniya təmsilçilərini məğlub edib. Süleyman həlledici görüşdə Braziliya idmançısı Joao Pedro Kanelyonu yuko xalı ilə üstələyərək çempion olub.

Roman Qarayev (81 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+100 kq) isə turniri bürünc medalla başa vurublar.

Chosen
29
21
Ajans.az

10Sources