EN

Dövlət katibinin köməkçisi Bakıya gəldi

ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycana gəlib.

"Yeni Sabah" xəbər verir ki, dövlət katibinin köməkçisi iyunun 3-dək Azərbaycanda səfərdə olacaq.

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək. pizza hut


Telegram kanalımız
Chosen
85
1
yenisabah.az

8Sources