Gübrə və buğda Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə daşınacaq.
"Report"un məlumatına görə, Ermənistana iki vaqon gübrə və iki vaqon buğda göndəriləcək.
Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək. Daha sonra Böyük-Kəsik stansiyası vasitəsilə Gürcüstana, oradan isə Ermənistana gedəcək.