EN

“Mançester Yunayted”in müdafiəçisi “İnter” yolunda

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun nümayəndələri mümkün transferlə bağlı “İnter”lə əlaqə saxlayıblar. Milan klubunun müdafiə xətti üçün əsas hədəfinin isə “Udineze”nin futbolçusu Umar Sole olduğu bildirilir.

Maquayr ötən mövsüm 25 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel onu DÇ-2026 üçün komandaya dəvət etməyib.

Müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Chosen
67
idmanxeber.az

1Sources