EN

Cənubi Koreyada hərbi zavodda partlayış baş verib, ölənlər və yaralılar var

Cənubi Koreyanın Tecon şəhərində yerləşən “Hanwha Aerospace” müdafiə sənayesi zavodunda partlayışla müşayiət olunan yanğında azı 5 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Yonhap” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, partlayışdan sonra müəssisədə güclü yanğın başlayıb və əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.

İlkin ehtimallara əsasən, partlayış zavodun birinci mərtəbəsində mühərrik qurğularında istifadə olunan yanacağın alışması nəticəsində baş verib.

Qeyd olunur ki, “Hanwha Aerospace” müəssisəsində Cənubi Koreyanın əsas müdafiə sistemləri, o cümlədən taktiki “yer-yer” raketləri istehsal olunur. Zavod həmçinin idarəolunan silah sistemləri və mühərrik texnologiyalarının hazırlanması ilə məşğuldur.

Cənubi Koreya Prezidenti Li Çje Men hadisə ilə bağlı bütün resursların səfərbər olunmasını tapşırıb və qəzanın səbəblərinin araşdırılacağını bildirib.

Hazırda yanğının tam söndürülməsi və axtarış-xilasetmə işləri davam etdirilir.

Chosen
37
2
apa.az

3Sources