EN

ABŞ İranda bəzi obyektlərə zərbə endirib

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

ABŞ İranın Hörmüzqan əyalətindəki Sirik adasında rabitə qülləsini vurub. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib. 

Məlumatı “Anadolu” yayıb. 

Yarırəsmi Fars xəbər agentliyi İİKK-nın bəyanatına istinadən bildirib ki, ABŞ qüvvələri Sirik adasında yerləşən rabitə qurğusuna hücum edib. Buna cavab olaraq İranın hücumun başlanğıc nöqtəsi olduğunu iddia etdiyi bir hava bazasına zərbə endirilib. Bir sıra hədəflərin də məhv edildiyi bildirilir.

İİKK xəbərdarlıq edib ki, hücumlar davam edərsə, İran daha geniş miqyaslı cavab verəcək və hər hansı eskalasiyaya görə ABŞ məsuliyyət daşıyacaq.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həftəsonu Qeşm adasında və Hörmüz boğazı yaxınlığındakı Goruk ərazisində radar qurğularına və pilotsuz təyyarələrin idarəetmə mərkəzlərinə zərbələr endirdiyini bildirmişdi.

P.ƏMİRCANOV
XQ

Chosen
21
xalqqazeti.az

1Sources