O, Moskva ilə münasibətlərin açıq və səmimi olduğunu, tərəflər arasında heç bir qaranlıq məqamın qalmadığını bildirib. Eyni zamanda, Paşinyan ölkənin suverenlik səviyyəsini yüksəltmək məqsədilə ABŞ, Çin, Fransa, Böyük Britaniya və Niderland kimi dövlətlərlə də strateji tərəfdaşlığı inkişaf etdirdiklərini vurğulayıb.
Qeyd edək ki, bu bəyanat Rusiyanın Ermənistandan bəzi kənd təsərrüfatı, spirtli içki və mineral su idxalını məhdudlaşdırdığı, həmçinin İrəvanın Avropa İttifaqı ilə yaxınlaşacağı təqdirdə qaz sazişlərinə yenidən baxılacağı və İnteqrasiya proseslərinin dayandırılacağı barədə Moskvanın xəbərdarlıqları fonunda verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31