EN

Agentlik sədri iki şöbə müdirini işdən çıxardı

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iki şöbə müdiri vəzifəsindən çıxarılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Maliyyə departamentinin Maliyyə Nəzarəti və Hesabatlılıq şöbəsinin müdiri Babayev Həsən Namiq oğlu vəzifəsindən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur.

Həmçinin, Təminat, təchizat və təsərrüfat departamentinin Təminat və təchizat şöbəsinin müdiri Muxtarova Səbinə Nəzər qızı vəzifəsindən azad edilib. Onun yerinə Əsgərov Turxan Ayaz oğlu həmin şöbənin müdiri  vəzifəsinə təyinat alıb.

Anar Kəlbiyev

Chosen
33
4
unikal.az

10Sources