(®) Bahar Residence, şəhərdə indiyədək görülməmiş bir təcrübəni gerçəkləşdirdi: industrial sənəti, müasir yaşayış fəlsəfəsini və Bakının köklü qonşuluq ruhunu eyni məkanda, eyni anda bir araya gətirdi.
Gələcək sakinlər və seçilmiş qonaqlar üçün təşkil edilən bu xüsusi gündə müasir incəsənət nümunələrinə ev sahibliyi edən Bahar Residence-in tikinti meydançası, eyni zamanda öz yaşam fəlsəfəsini də sərgilədi — divarlar arasında deyil, insanlar arasında qurulmuş bir həyatı.
Tədbirin mərkəzindəki mesaj sadə, amma güclü idi: köhnə Bakı həyətlərinin verdiyi o tanış qonşuluq hissi — divarlara hopmuş hekayələrin, küçə estetikasının, sənətin hər küncdən baş qaldırdığı o mühit — müasir şəhər həyatında da mümkündür. Bahar Residence bunu söz olaraq deyil, məkan olaraq sübut etdi.
Gün boyunca müasir incəsənət əsərləri kompleksin özünəməxsus industrial estetikası ilə qaynayıb-qarışdı — beton fakturaların arasında kətan, sənaye işığının altında rəng, şəhərin səs-küyündən uzaqda isə düşündürən bir sükut.
Xatırladaq ki, Bahar Residence — Gənclikdə, parklarla əhatəli ərazidə PMD Group və Kvan Group tərəfindən inşa edilir. Rifah prinsiplərinə əsaslanan dizayn konsepsiyası ilə hazırlanan bu layihə 2027-ci ilin sonunda təhvil veriləcək.

