EN

İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq.

İnterpress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Şərq-Qərb Dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı qeyd edib:

“Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il – red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.

Chosen
27
45
interpress.az

10Sources