"Gəncə" klubu ukraynalı voleybolçu Olena Napalkova ilə müqavilənin müddətini uzadıb.
Bu barədə bölgə təmsilçisindən bildirilib.
Ukrayna millisinin də üzvü olan oyunçu növbəti mövsümdə də komandanın formasını geyinəcək.
Qeyd edək ki, Olena Napalkova 2024/2025 mövsümündə "Gəncə"nin heyətində Azərbaycan Kubokunun gümüş medalını qazanıb.
"Cebheinfo.az"