EN

Polşa müdafiə sənayesinə 28 milyard avrodan çox investisiya yönəldəcək

Polşa hökuməti Avropa İttifaqının (Aİ) yenidən silahlanmanın maliyyələşdirilməsi üzrə SAFE proqramı çərçivəsində ölkənin müdafiə şirkətləri ilə 120 milyard zlotı (28 milyard avrodan çox) məbləğində müqavilələr bağlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

Bildirilib ki, bu məbləğin təxminən yarısı Polşanın müdafiə şirkəti "Huta Stalowa Wola"ya yönəldiləcək.

SAFE proqramı Polşaya təxminən 43,7 milyard avro məbləğində kredit təqdim edir və bu kreditlər yerli şirkətlərdən və xarici tərəfdaşlardan müdafiə avadanlıqları almaq üçün istifadə edilə bilər.

Chosen
31
far.az

1Sources