Cəlilabad rayonunda bir yaşlı uşaq qaynar suda yanıb.
AzEdu.az-ın məlumatına görə, hadisə mayın 30-da rayonun Alar kəndində baş verib. Kənd sakini 2025-ci il təvəllüdlü Əli Quluzadə yaşadığı evdə olarkən üzərinə qaynar su tökülüb.
Azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
(Oxu.Az)