Məşhur aktyor Cavidan Novruz sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Far.Az xəbər verir ki, o şəxsi instaqram hesabında oğlu Turan ilə illər əvvəl və indi çəkilən videolarını yayımlayıb.
Kadrlarda Cavidanın övladı ilə əyləncəli anlarının əks olunması böyük maraq yaradıb.
Aktyor həmin videoya "Məni qınamayın, çünki onlar neçə yaşda olsalar da, bizim üçün hələ də uşaq olaraq qalırlar" şərhini əlavə edib.