EN

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb



Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar.

Onlardan ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aygün
Chosen
24
26
newscenter.az

10Sources