EN

“Kəpəz”ə özəl sponsor gəlir Mühüm danışıqların detalları

ain.az, sport24.az saytına istinadən bildirir.

Gəncə təmsilçisi "Kəpəz"də yeni sponsor məsələsi gündəmin əsas mövzularından biridir. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyində təmsil olunan İdarə Heyətinin üzvü Fərman Əlizadənin qarşısına sponsor tapılması ilə bağlı ciddi tələb qoyulub. Bildirilir ki, Əlizadədən yeni maliyyə tərəfdaşı cəlb etməsi istənilib. Əks halda, klubdakı fəaliyyətini dayandırmalı olacağı barədə xəbərdarlıq edilib.Mənbənin sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır. Fərman Əlizadə potensial sponsor kimi "BeerBasha" şirkəti ilə təmasdadır. Tərəflər arasında müzakirələrin müsbət məcrada davam etdiyi və əməkdaşlığın reallaşma ehtimalının yüksək olduğu bildirilir.Əldə etdiyimiz məlumata əsasən, danışıqlar uğurla yekunlaşacağı təqdirdə, "BeerBasha" yeni mövsümdən etibarən "Kəpəz"in əsas sponsorlarından birinə çevrilə bilər.Qeyd edək ki, son illərdə maliyyə baxımından dövlət dəstəyindən asılı olan "Kəpəz" üçün özəl sponsorun cəlb edilməsi klubun gələcək strategiyası baxımından mühüm addım hesab olunur. Bununla yanaşı, sponsorluq məsələsinin klub rəhbərliyində müəyyən dəyişikliklərə təsir göstərə biləcəyi də istisna edilmir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
61
sport24.az

1Sources