EN

İlham Əliyev: Bu əsas mövzulardan birinə ÇEVİRİLİB

Bu barədə Ajans.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, hazırda Azərbaycanın qlobal arenada mövqeləri daha da möhkəmlənir və ölkə beynəlxalq enerji sistemində aparıcı aktorlardan birinə çevrilməkdədir. “Azərbaycan artıq qlobal məkanın aparıcı dövlətləri sırasında öz yerini möhkəmləndirir. Bu isə ölkənin gələcək inkişaf perspektivlərinin daha da genişlənməsi deməkdir. Bu prosesdə əsas amillərdən biri Azərbaycanın dünya bazarları, xüsusilə də Avropa bazarları üçün mühüm enerji təchizatçısı olmasıdır”, – deyə o qeyd edib. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasi-iqtisadi kurs nəticəsində ölkənin beynəlxalq enerji bazarlarında təsir imkanları əhəmiyyətli dərəcədə artıb. “Son dövrlərdə Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən qlobal enerji bazarlarına çıxarılan resursların həcmi azalıb. Eyni zamanda, Rusiya enerji resurslarının Avropa bazarlarına çıxışı da məhdudlaşıb. Belə şəraitdə Azərbaycan Avropa üçün əsas enerji mənbələrindən birinə çevrilib”, – deyə ekspert vurğulayıb. O əlavə edib ki, Azərbaycan hazırda Avropa İttifaqı üçün enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş statusuna malikdir: “Avropa ölkələrinin Azərbaycan enerji resurslarına ciddi ehtiyacı var. Bu əməkdaşlıq Azərbaycanın xarici siyasət imkanlarını daha da genişləndirir.” Elçin Xalidbəyli həmçinin bildirib ki, enerji ixracının artması Azərbaycanın qlobal təsir gücünü gücləndirir: “Azərbaycanın enerji resurslarının Avropa bazarlarına ixracı genişləndikcə ölkənin beynəlxalq mövqeləri daha da möhkəmlənir. Müasir dünyada iqtisadi faktorlar, xüsusilə enerji resursları dövlətlər arasında münasibətlərin əsas müəyyənedicilərindən biridir.”

Onun sözlərinə görə, Azərbaycanın enerji ixrac etdiyi ölkələrin sayının artması ölkənin beynəlxalq dəstəyinin və təsir imkanlarının genişlənməsinə xidmət edir.

Chosen
31
Ajans.az

1Sources