525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Prezident İlham Əliyevin söylədiyi fikirlər onu deməyə əsas verir ki, subsidiya mexanizminin verilişində yaxın zamanlarda dəyişiklik gözlənəcək. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hələki rəsmi açıqlama olmasa da bununla bağlı yeni layihə hazırlanacağını düşünürəm”.
Bunu 525.az-a Günay Hüseynova söyləyib. İqtisadçıq qeyd edib ki, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilk növbədə standart çərçivədən çıxacaq:
“Yeni subsidiya şərtləri hazırlanacaq və bu standartlara cavab verən fermer və əkinçiliklə məşğul olan kəndlilərə veriləcək. Hal-hazırda mövcud şərait standart olaraq hər kəsin eyni məhsulu əkməsinə və ya bazarda hansı məhsul baha satılırsa onu əkib satmağa şərait yaradır”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.