EN

Gecə muzeyçiliyinin yeni mövsümünə START

Yazını böyüt
Yazını kiçilt

Bu gündən Türkiyənin 20 muzey və arxeoloji abidəsində ziyarətçilər gündüzlə yanaşı, gecə də qəbul ediləcəklər.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

O bildirib ki, Türkiyənin mədəni irsini günün hər saatında yaşanabilən və əlçatan etmək məqsədilə həyata keçirən gecə muzeyçiliyi layihəsi bu il də davam etdirilir:

“Ötən il eyni layihə çərçivəsində Türkiyənin tarixi məkanlarını 1 milyondan çox insan ziyarət edib. Bu yüksək maraq mədəni irsin fərqli saatlarda təqdim edilməsinin nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi”.

Layihə oktyabrın 1-dək davam edəcək.

Chosen
12
1
hafta.az

2Sources