EN

Mübariz Mənsimov “Xəzər-Lənkəran”ı yenidən gündəmə qaytardı

“Xəzər-Lənkəran”ın sahibi Mübariz Mənsimov sosial media hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Türkiyədə yaşayan və çalışan iş adamı yazıb:

“Xəzər-Lənkəran”ın əfsanələri Alim Qurbanov, Zaur Ramazanov, eləcə də futbolda çox tanınmış və hörmət etdiyim insanlardan biri Oktay Abdullayev qonağım oldular.

Təbii ki, söhbət daha çox futboldan düşdü. “Xəzər-Lənkəran”la bağlı xatirələri yada saldıq.

O vaxtlar həqiqətən başqa ab-hava var idi. Gözəl maçlar, güclü heyət, böyük mübarizə…

“Xəzər-Lənkəran” Azərbaycan futbolunda öz izini qoymuş klubdur və hər zaman da insanların yaddaşında gözəl xatirələrlə qalacaq.

O illəri hər zaman yaxşı xatırlayıram. Bakıya gəlib o oyunlara baxmaq, stadiondakı atmosferi yaşamaq, xüsusilə də komandaazarkeşlərinin coşğusunu görmək unudulmaz idi.

Klubuna bu qədər bağlı və sadiq fanatlar həqiqətən fərqli idi.

Buradan bütün “Xəzər-Lənkəran” azarkeşlərini, klubda əməyi keçən futbolçuları, məşqçiləri və bütün kollektivi salamlayıram".

Chosen
46
sportinfo.az

1Sources