EN

Hacıqabulda qadına qarşı əxlaqsızlıq edənin adını, soyadını açıqlamaq lazımdır Novella Cəfəroğlu

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qoy hamı onu tanısın, necə alçaq biri olduğu bilinsin, başqalarına da görk olsun, kimsə bir də belə qələti etməsin" 

Hacıqabul rayonunda turist xanıma qarşı qeyri-etik hərəkət edən şəxs barəsində inzibati tədbir görülüb. Xatırladaq ki, ölkəmizdə səfərdə olan və velosipedlə səyahət edən yapon turistlər Hacıqabul rayonu ərazisindən keçərkən onlardan birinə (qadın turistə) qarşı 66 yaşlı şəxs tərəfindən nalayiq hərəkət edilib. Turistlərin Hacıqabul polisinə müraciəti əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşıblar.

Onların iştirakı ilə araşdırma aparılıb, 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Turistlərin əlavə hər hansı şikayəti olmayıb və onlar müraciətlərinə operativ reaksiya göstərildiyinə görə polis əməkdaşlarına təşəkkür edərək məmnunluqlarını ifadə ediblər.

Baş vermiş hadisə cəmiyyətdə haqlı narazılığa səbəb olub və vətəndaşların əksəriyyəti xalqımızın adına ləkə gətirən həmin şəxsin daha ağır cəza almalı olduğu fikrindədir. 

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycan xalqı əxlaqı, mədəniyyəti və qonaqpərvərliyi ilə seçilən xalqdır. Lakin təəssüf ki, bəzən bu cür üzdəniraq hallara yol verənlər tapılır: 

- Biz turizmi inkişaf yolunu tutmuşuq, onun üçün də əxlaqımız və davranışlarımız da cəmiyyətin hər bir üzvü tərəfindən çox yüksək səviyyədə olmalıdır. Bu birinci fakt deyil, hətta nəvələrim burada olanda xoşagəlməz hadisə ilə qarşılaşıblar. “Moll”dan çıxıb taksiyə miniblər, xahiş ediblər evə gətirsin onları, taksi sürücüsü gətirib, uşaqlar çıxarıb 100 manat pul veriblər, deyiblər, xırda pulumuz yoxdur, siz xırdalayın, sürücü isə pulu götürüb, uşaqları elə qapıdaca qoyub aradan cixib. Belə halla tək mənim nəvələrim deyil, çoxları qarşılaşır. Turistlər də deyirlər, yazırlar. Belə halların qarşısı alınmalıdır, dövlətimizin, xalqımızın adına ləkə gəlməsin. Turist xanıma qarşı nalayiq hərəkət edən şəxsə qarşı isə inzibati cəza yox, daha ağır cəza verilməliydi, böyük məbləğdə cərimə olunmalıydı. Qadına qarşı zorakılıq və və əxlaqsızlıq edənin adını, soyadını açıqlamaq lazımdır, qoy hamı onu tanısın, necə alçaq biri olduğu bilinsin, başqalarına da görk olsun, kimsə bir də belə qələti etməsin. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
sherg.az

1Sources