EN

"Dünyanın ən yaxşı universitetləri" açıqlandı

Yazını böyüt
Yazını kiçilt

CWUR tərəfindən tərtib edilən və bu il 95 ölkədən 21291 universiteti qiymətləndirərək ən yaxşı 2000 təhsil müəssisəsini müəyyən edən "dünyanın ən yaxşı universitetləri" reytinqi eyni vaxtda dünya miqyasında elan edilib.

Hafta.az yazır ki, reytinq dörd sahəyə bölünüb: "təhsil", "işlə təminat", "müəllim heyəti" və "tədqiqat". "Tədqiqat" sahəsi isə "tədqiqat nəticələri", "yüksək keyfiyyətli nəşrlər", "təsir" və "istinadlar" da daxil olmaqla ümumilikdə yeddi göstəriciyə əsaslanır.

“Ən yaxşı universitetlər” reytinqində bütün göstəricilər üzrə tam bal toplayan Harvard dünyanın ən yaxşı universiteti olub.

Bu universitetin ardınca Massaçusets Texnologiya İnstitutu (MIT) 2-ci, Stanford 3-cü, Kembric isə 4-cü yerdədir. Oksford 5-ci, Prinston 6-cı, Pensilvaniya 7-ci, Kolumbiya 8-ci, Yel 9-cu və Çikaqo Universiteti 10-cu yerdə qərarlaşıb.

Bu il Türkiyədən 47 universitet reytinqə daxil olub. Hacəttəpə Universiteti Türkiyədən ən yüksək reytinqə nail olaraq 666-cı yeri tutub. Bu universitetin ardınca ilk 1000-liyə İstanbul Universiteti (707-ci), Ankara Universiteti (733-cü), Orta Doğu Texniki Universiteti (ODTU) (736-cı), Boğaziçi Universiteti (785-ci), İstanbul Texniki Universiteti (813-cü), Marmara Universiteti (939-cu) və Koç Universiteti (989-cu) daxil olub.

Chosen
30
hafta.az

1Sources