EN

Şmıqal Azərbaycanın Ukraynaya necə kömək etdiyindən danışdı

Azərbaycan Ukraynanın enerji infrastrukturunun dayanıqlılığının təmin edilməsində mühüm dəstək nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxışı zamanı Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Ukraynalı rəsminin sözlərinə görə, müharibə dövründə ölkəsinin demək olar ki, bütün iri enerji obyektləri raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalıb.

D.Şmıqal vurğulayıb:
 

“Buna baxmayaraq, Ukrayna hərbçilərinin, energetiklərinin fəaliyyəti və beynəlxalq tərəfdaşların dəstəyi sayəsində enerji sistemi fəaliyyətini davam etdirib. Azərbaycan ötən qış ölkəmizin enerji dayanıqlılığının təmin olunmasına xüsusilə mühüm töhfə verib. Azərbaycanlı dostlarımız bizə generatorlar, transformatorlar, kabel məhsulları və digər kritik əhəmiyyətli avadanlıqlar təqdim ediblər. Bu dəstək bizə qışı geridə qoymağa kömək etdi, hazırda isə növbəti qış mövsümünə hazırlaşmağımıza yardımçı olur”.


Qeyd edək ki, genişmiqyaslı müharibə dövründə Azərbaycan Ukraynaya ümumilikdə 11 enerji yardımı paketi göndərib.

Bizim.Media

Chosen
10
6
bizim.media

10Sources