EN

Nazir: Türkiyə nüvəni enerji strategiyasının mərkəzinə yerləşdirəcək

Türkiyə nüvəni enerji strategiyasının mərkəzinə yerləşdirəcək.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, son illərdə qlobal enerji bazarlarında baş verən hadisələr Türkiyəni enerji bazarlarına yanaşmasını yenidən nəzərdən keçirməyə vadar edib.

Nazir qeyd edib ki, ölkə hazırda yeni enerji arxitekturası üzərində işləyir. Bu strategiya bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi, neft və qaz layihələri, xaricdə enerji investisiyaları və nüvə enerjisini əhatə edir.

“Biz nüvə enerjisini strategiyamızın tam mərkəzinə yerləşdirəcəyik. Türkiyada elektrikləşmə əsas tendensiyaya çevriləcək”, - deyə A. Bayraktar vurğulayıb.

O əlavə edib ki, Türkiyə Afrika, Liviya, Somali, Yaxın Şərq və Mərkəzi Asiyada enerji layihələrində daha fəal iştirak etməyi planlaşdırır.
Nazirin sözlərinə görə, ölkə nadir torpaq elementləri də daxil olmaqla kritik minerallar sahəsində də həm istehsalçı, həm də emalçı olmağı hədəfləyir.

Chosen
63
1
apa.az

2Sources