EN

Məşhur fransalı yaşıl meydanlarla vidalaşdı

Fransa millisinin sabiq hücumçusu Andre-Pyer Jinyak peşəkar futbolçu karyerasını bitirib.

Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, son iş yeri Meksika "Tiqres"i olan forvard 40 yaşında butslarını mıxdan asmaq qərarına gəlib.

Andre-Pyer daha öncə ölkəsinin "Loryan", "Tuluza", "Olimpik Marsel" və "Po" klublarının da formasını geyinib. O, 2 dəfə Fransa Liqa Kubokunun və 1 dəfə ölkə Superkubokunda qələbə sevinci yaşayıb.

Sözügedən futbolçu 2015-ci ildən çıxış etdiyi "Tiqres"in heyətində 5 dəfə Meksika çempionatının, eləcədə KONKAKAF Çempionlar Kubokunun qalibi olub.

Jinyak klub karyerası ərzində 825 matça çıxaraq 359 qola imza atıb. Ön xətt oyunçusu Fransa yığmasında oynadığı 36 görüşdə 7 dəfə adını tabloya yazdırıb. Andre-Pyer 2016-cı ildə baş tutan Avropa çempionatında gümüş medal əldə edib.

Toğrul

Chosen
37
1
fanat.az

2Sources