EN

Zelenski danışıqlar üçün tarix verdi: Qışa qədər vaxt var

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, qışa qədər Rusiya ilə danışıqların aparılması üçün imkan pəncərəsi mövcuddur.

Publika.az xəbər verir ki, o, bu barədə "CBS News"a müsahibəsində danışıb.

Zelenski qeyd edib ki, növbəti qışa qədər tərəflərin masa arxasına əyləşərək diplomatik həll yollarını müzakirə etməsi vacibdir.

Onun sözlərinə görə, mümkün danışıqların uğuru ilk növbədə Moskvaya ediləcək təzyiqdən asılı olacaq.

Ukrayna lideri Avropa tərəfindən vasitəçi qismində Britaniya, Fransa və Almaniyanın çıxış edə biləcəyini bildirib.

Chosen
38
publika.az

1Sources