"Baku Sportinq"lə vidalaşmağımın səbəbi rəhbərliklə aramızdakı fikir ayrılığı oldu".
Bunu Fanat.Az-a açıqlamasında 1-ci Liqadakı mübarizəni 4-cü pillədə başa vuran Buzovna təmsilçisinin çalışdırıcısı Röyal Nəcəfov deyib.
Adı protokollarda məşqçi kimi qeyd edilsə də, sözügedən kollektivdə əsas söz sahibi olan Nəcəfov əlavə edib: "Mənə yeni müqavilə təklif olundu, lakin hədəflərimiz üst-üstə düşmədi. Belədə, getməyi uyğun saydım. Hazırda həm Biricni Liqa, həm də İkinci Liqa komandalarından çağırışlar var. Danışıqlar gedir. Hələ heç nə rəsmiləşməyib. Hədəfi, strategiyası olan klubda işləmək istəyirəm. Bütün təklifləri dəyərləndirməyə hazıram".
Nihat