"Zirə"nin futbolçusu Enrike Kustodio əməliyyat olunub.
Far.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, braziliyalı müdafiəçi vətənində ön çarpaz bağ əməliyyatı keçirib.
Futbolçunun bərpa prosesinin altı-səkkiz ay davam edəcəyi, sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.