EN

Gədəbəydə 22 yaşlı oğlan məktəbli qızla münasibətdə oldu: “Dedi, artıq boşanmışam”

Gədəbəy rayonunda 22 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qıza qarşı intim hərəkətlərdə ittiham edilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Rəvan 2010-cu il təvəllüdlü həmkəndlisi Sayalı ilə tanış olub.

Ötən il iyun ayının ortalarında istintaqla müəyyən olunmayan müxtəlif tarixlərdə Sayal ilə onun yaşadığı Gədəbəy rayonunun kəndindəki evin yataq otağında bir neçə dəfə intim münasibətdə olub.

Rəvanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib.

İş üzrə izahat verən Rəvan ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, eyni kənddə yaşadığı Sayalını əvvəlcədən tanıyıb: “Məktəbdə oxuduğunu bilirdim. Amma yaşından xəbərim yox idi. 2025-ci ilin mart-aprel aylarında Sayalıdan xoşum gəldiyi üçün telefon nömrəsinə votsapda yazdım. Ondan xoşum gəldiyini, sevgili olmaq istədiyimi bildirdim. O da məndən xoşu gəldiyini yazdı”.

Chosen
34
publika.az

1Sources