
İsrailin müdafiə naziri İsrael Kats və Baş nazir Binyamin Netanyahu Livan istiqamətində hərbi əməliyyatları kəskin şəkildə genişləndirmək qərarına gəliblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Apreldə əldə olunmuş atəşkəs xəttini aşaraq strateji Bofor qalasını ələ keçirən İsrail ordusu, indi də Litani çayına qədər olan geniş cənub bölgəsini tam hərbi nəzarətə götürməyi planlaşdırır. Avropa və ərəb ölkələrinin kəskin etirazına, həmçinin "Hizbullah"ın dron hücumu nəticəsində bir İsrail xüsusi təyinatlısının ölməsinə baxmayaraq, Təl-Əviv rəhbərliyi Beyrutun cənub məhəllələrini yenidən bombalamaq əmri verib.
Məryəm Quliyeva