EN

Türkiyə 2035-ci ilədək günəş və külək enerjisi gücünü 120 giqavata çatdırmağı hədəfləyir

Türkiyə 2035-ci ilə qədər günəş və külək enerjisi üzrə quraşdırılmış gücünü 120 giqavata çatdırmağı planlaşdırır. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Bakıda keçirilən yüksək səviyyəli enerji forumunda çıxış edən Bayraktar deyib ki, hazırda Türkiyənin ümumi quraşdırılmış enerji gücü 125 giqavatı ötüb və bunun 60%-dən çoxu bərpa olunan enerji mənbələrinin payına düşür.

Nazirin sözlərinə görə, son 20 ildə Türkiyə günəş və külək enerjisi üzrə gücünü sıfıra yaxın səviyyədən 41 giqavata qədər artırıb.

“Martda ölkÉ™nin elektrik enerjisi istehsalı tÉ™xminÉ™n 30 teravat-saat olub vÉ™ bunun üçdÉ™ ikisi bÉ™rpa olunan enerji mÉ™nbÉ™lÉ™rinin hesabına tÉ™min edilib”, – Bayraktar bildirib.

O qeyd edib ki, 2035-ci ilədək nəzərdə tutulan 120 giqavatlıq hədəfə 5 giqavat dənizüstü külək enerjisi layihələri də daxildir.

Bayraktar bildirib ki, bu həcmdə enerjinin təhlükəsiz şəkildə şəbəkəyə inteqrasiyası üçün Türkiyə genişmiqyaslı enerji ötürmə infrastrukturu layihələri həyata keçirməyi planlaşdırır.

Onun sözlərinə görə, ölkə 40 giqavat ötürmə qabiliyyətinə malik təxminən 15 min kilometr HVDC xətti və əlavə 15 min kilometr ənənəvi AC elektrik xətti inşa etməyi nəzərdə tutur.

Nazir qeyd edib ki, bu “yaşıl ÅŸÉ™bÉ™kÉ™” layihÉ™lÉ™rinin ümumi dÉ™yÉ™ri tÉ™xminÉ™n 28 milyard dollar təşkil edÉ™cÉ™k.

Bayraktar əlavə edib ki, Türkiyə günəş enerjisi avadanlıqlarında 75%, külək enerjisi avadanlıqlarında isə 70%-dən çox lokallaşdırma səviyyəsinə nail olub.

“Biz tender modellÉ™rimizi, institusional tÉ™crübÉ™mizi vÉ™ sÉ™naye biliklÉ™rimizi qonÅŸu ölkÉ™lÉ™rlÉ™ bölüşmÉ™yÉ™ hazırıq”, – nazir bildirib.

Onun sözlərinə görə, enerji keçidinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutları və özəl investorların daha fəal iştirakı vacibdir.

N.Təbrizli

Chosen
38
1
anews.az

2Sources