EN

Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ » AzadMedia.az


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə iyunun 2-də güclü külək əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.

Məlumatda qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax,Tərtər, Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Chosen
42
49
azadmedia.az

10Sources