EN

YAP Sabunçu rayon təşkilatı tədbir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Andromed Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə şəhid ailələrinin övladları, 1 nömrəli tam orta internat məktəbinin və 10 nömrəli sanatoriya tipli internat məktəbinin valideyn himayəsindən məhrum olmuş şagirdləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirakçıları bayram münasibətilə təbrik edib. O qeyd edib ki, müasir dövrdə uşaq hüquqlarının qorunması, onların sosial rifahının təmin edilməsi və problemlərinin həlli dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

A.Xudadanov vurğulayıb ki, Azərbaycanda uşaqların yüksək qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial mühitdə böyüməsi üçün bütün zəruri şərait yaradılıb. O bildirib ki, uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-uşaq siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Bayram tədbiri çərçivəsində uşaqlar üçün müxtəlif musiqi nömrələri təqdim olunub, maraqlı əyləncə proqramları və oyunlar təşkil edilib. Tədbir iştirakçıları üçün xoş və yaddaqalan anlar yaşadılıb.

Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Chosen
8
1
unikal.az

10Sources