EN

Motosiklet “Opel”lə toqquşdu Polis əməkdaşı öldü VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Şəhər Polis İdarəsinin əməkdaşı yol qəzasında ölüb. Avtosfer.az xəbər verir ki, Polşanın Mısadlo qəsəbəsində baş verən hadisə ərazidəki müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Belə ki, nəqliyyat vasitələrinin hərəkətinin yalnız sola mümkün olduğu zolaqda dayanan "Opel" markalı avtomobilin sürücüsü qəfil sağ zolağa manevr edərək hərəkət edən zaman yüksək sürətlə hərəkətdə olan “Yamaha” markalı motosikletlə toqquşub. Zərbənin təsirindən motosiklet sürücüsü bir neçə metr havada uçaraq asfalta çırpılıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polisin verdiyi məlumata görə, aldığı ağır bədən xəsarətlərindən motosikletçi hadisə yerindəcə dünyasını dəyişib.

"TVN Warszawa" telekanalının yaydığı məlumata görə, qəzada həlak olan şəxsin Varşava şəhər polis idarəsinin əməkdaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
avtosfer.az

1Sources