EN

175 milyonluq ulduz Premyer Liqa yolunda

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Milan"ın portuqaliyalı ulduz cinah hücumçusu Rafael Leau karyerasında köklü bir dəyişiklik etməyə və İtaliya A Seriyası ilə yolları ayırmağa qərar verib.

Fanat.Az "Calciomercato" portalına istinadən xəbər verir ki, ulduz futbolçunun yeni bir çağırış axtarışında olduğunu rəhbərliyə bildirməsindən sonra İtaliya klubu onun satışına yaşıl işıq yandırıb.

Müqaviləsində düz 175 milyon avroluq sərbəstqalma bəndi olmasına baxmayaraq, "Milan" rəhbərliyi transferi asanlaşdırmaq üçün təklifləri 50-60 milyon avro civarında dəyərləndirməyə razı olub.

Hazırda rəsmi bir təklif gəlməsə də, İngiltərə Premyer Liqasının nəhəngləri – "Çelsi", "Arsenal", "Mançester Yunayted", "Nyukasl" və "Tottenhem" ulduz futbolçunu heyətə qatmaq üçün hərəkətə keçiblər.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
1
fanat.az

2Sources