EN

Prezident İlham Əliyevin Donald Trampa təşəkkür etməsi mövcud reallıqda xüsusi məna kəsb edir - RƏY

“Qlobal iqtisadiyyatdakı ən son tendensiyalardan biri qlobal neft və qaz sənayesinin damğalanması, yəni bütövlükdə sənaye və xüsusən də onun əsas oyunçuları haqqında ictimai rəyin kəskin mənfi olmasıdır. İqlimlə bağlı problemlərin kəskinləşməsi ilə birbaşa əlaqəli olan bu proseslər artıq əsas sənaye oyunçuları üçün ciddi problem mənbəyinə çevrilib. Son illərdə əsas beynəlxalq neft və qaz korporasiyaları ilə bağlı ictimai rəy ən azı əksər Qərb ölkələrində əhəmiyyətli dərəcədə dəyişib. Qlobal sənaye liderləri, hansı ki bunlar əsas oyunçular adlandırılırlar, getdikcə bəşəriyyət üçün mövcud təhlükə kimi qəbul edilir və qlobal istiləşmənin əsas məsuliyyəti də onların üzərindədir. Sənayə səviyyəsində ictimai kənarlaşdırma problemləri ilə qarşılaşan şirkətlər bir sıra cavab tədbirləri hazırlayan ilk şirkətlər kimi çıxış edirlər. Sənayə damğasına cavab vermək üçün iqlim strategiyalarına yeni bir baxış təqdim olunmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

 

O bildirib ki, burada problemə idarəetmə konsepsiyası prizmasından baxmaq, eyni zamanda effektiv idarəçiliyin özü də son dərəcə önəmlidir: “Qlobal neft və qaz korporasiyalarının təkamülü zamanı uyğun strategiyalarda dəyişikliklər edilməli, səbəb-nəticə əlaqəsi düzgün müəyyənləşdirilməlidir. Hər bir ölkə neft və qaz olmaqla bütün resurslarından öz inkişafı üçün istifadə etməlidir. Bu xüsusda nadir torpaq elementləri uğrunda da aktorların güclü mübarizəsi gedir. Nadir torpaq elementlərinə tələbatın növbəti bir neçə 10 illikdə 400-600 faiz artacağı arasında proqnozlar verilir. Ölkələr bu kritik minerallarını qorumalı, həmçinin onun tədarükünü təmin etmək üçün diqqətli strategiyalar hazırlamalıdırlar. Bəzi dövlətlər buna nəzarəti ələ keçirməyə çalışır, siyasi təsir, hətta təzyiq göstərmək üçün ciddi cəhdlər edirlər. Bu dominantlığa şübhəsiz ki, adekvat cavablar tapılmasa, təhlükəli tendensiyalarla üz-üzə qalacağıq. Yəni, vacib mineralların geosiyasi əhəmiyyəti böyükdür. Onlar xarici siyasət və siyasi təsir alətləri kimi getdikcə daha çox diqqət mərkəzindədirlər. Bu baxımdan cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa təşəkkür etməsi mövcud reallıqda xüsusi məna kəsb edir. Çünki enerji məsələsini və təhlükəsizliyini öz rakursundan çıxardaraq geosiyasi alət kimi istifadə etmək yolverilməzdir”.

 

Politoloqun sözlərinə görə, Bakı Enerji Həftəsində dövlət başçımız bir daha bunu bildirdi ki, əgər daha öncəki tendensiya ilə gedilərsə, bu, son dərəcə böyük fəsadlar törədə bilərdi: “Məlum məsələdir ki, faydalı qazıntı olmadan bəşəriyyətin həyatda qalması son dərəcə müşkül məsələdir. Bu istiqamətdə dövlətlər praqmatik yanaşma ortaya qoymalıdırlar.Təktərəfli qaydada dominantlıq və yaxud da resursların çoxusunu əldə təmərküzləşdirmək yolverilməzdir. Tükənən sərvətlərdən daha çox bərpaolunan enerjiyə sərmayə yatırılmalıdır. Bu istiqamətdə ABŞ Prezidenti Donald Trampın səyləri təqdirəlayiqdir. Buna görə də cənab Prezident İlham Əliyev bir daha təşəkkürünü ifadə etdi. Azərbaycan da öz resurslarından öz milli maraqları naminə istifadə edir. Burada hər hansı bir resursun olub-olmaması istiqamətində tənqidlə üzləşmək doğru deyil. Əsas amil ondan ibarətdir ki, bu resurslar hansı istiqamətdə istifadə olunur. Azərbaycan resurslarından xalqın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində istifadə edir. Milli maraqların təmin edilməsi üçün sərmayələr yatırılır. Təbii ki, ABŞ ilə Azərbaycan Liderləri arasında mövcud münasibətlər, məktublaşmaların davamlı olması iki ölkə münasibətlərinə müsbət təsir etdiyi qədər, həm də dünya nizamının qurulmasında Azərbaycanın da söz sahibi olduğunu və tərəzinin ədalət gözünün daha ağırlıqlı olduğunu göstərir”.

 

Şəhanə Quliyeva

Tarix: 1 İyun 2026, 20:14   
Chosen
49
pravda.az

1Sources