EN

Yılmaz Morgüldən gündəm yaradacaq etiraf: "Acun Ilıcalının ayaqlarına qapandım"

Yılmaz Morgüldən gündəm yaradacaq etiraf: "Acun Ilıcalının ayaqlarına qapandım"Türkiyəli müğənni və televiziya siması Yılmaz Morgül qatıldığı "Survivor" yarışması ilə bağlı illər sonra diqqətçəkən açıqlamalar verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Morgül yarışmada iştirak etdiyi dövrdə adada qalmasının planlaşdırıldığından daha uzun çəkdiyini bildirib. Onun sözlərinə görə, əvvəlcədən cəmi iki həftəlik müqavilə bağlansa da, yarışmadan aylarla ayrılmasına icazə verilməyib. Müğənni adadakı çətin şəraitdən danışaraq, aclıq səbəbindən ciddi problemlər yaşadığını iddia edib.

"Acun bəyin ayaqlarına qapandım, bir tikə çörək istədim. Xəstəxanaya yerləşdirildikdən sonra isə məni nə edirsiniz edin, həmin həftə SMS səsverməsinə çıxarın və yarışmadan göndərin dedim", - deyə o bildirib.

Morgül bu sözləri ilə "Survivor"dan tamaşaçı səsverməsi nəticəsində deyil, öz istəyi ilə ayrıldığını etiraf edib.

Onun açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yarışmanın pərəstişkarları və izləyiciləri sənətçinin illər sonra səsləndirdiyi iddialarla bağlı müxtəlif fikirlər irəli sürüblər.

Chosen
39
sonxeber.az

1Sources